• cümə axşamı, 25 aprel, 20:06
  • Baku Bakı 21°C

Gənclər üçün ipoteka kreditləri aşağı faizlərlə və ilkin ödənişsiz ola bilər

04.06.13 13:34 1730
Gənclər üçün ipoteka kreditləri aşağı faizlərlə və ilkin ödənişsiz ola bilər
“Gənclər üçün ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz olması nəzərdən keçirilir”. APA-nın xəbərinə görə, bunu Şirvanda vətəndaşları qəbul edən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən 35 yaşına qədər olan gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsinə baxılır: “Növbəti sosial ipoteka kreditlərinin aşağı faizlərlə və ilkin ödənişsiz olması nəzərdən keçirilir və düşünürəm ki, bu məsələ öz həllini tapacaq”.
banner

Oxşar Xəbərlər