• cümə, 19 Aprel, 23:48
  • Baku Bakı 24°C

“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilir

13.11.17 14:40 783
“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilir
Noyabrın 10-da "Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib.
Müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsidir. Müsabiqə "Elektron hökumət” portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin elektron hökumət həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
Müsabiqə 4 nominasiya üzrə keçirilir.
• "Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs;
• "Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fiziki şəxs;
• Regionda yaşayan gənclər arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat;
• Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – "Elektron hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif nominasiyası;
Müsabiqə üzrə sənədlərin qəbulu dekabrın 20-nə qədər davam etdiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatıbu keçiddən əldə etmək mümkündür.
Müsabiqəyə buradan qeydiyyatdan keçə bilərsiniz.
Müsabiqə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənir. Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Dekabrın 26-da keçiriləcək "Gənclər üçün Elektron Hökumət” konfransında müsabiqənin qalibləri elan ediləcək və təşkilatçı qurumların qiymətli hədiyyələri ilə təltif ediləcəklər.
banner

Oxşar Xəbərlər