• şənbə, 20 Aprel, 16:59
  • Baku Bakı 23°C

Gənclər "Twitter"də

11.09.17 09:00 2584
Gənclər "Twitter"də
Aygül: "Görəsən məktəblilər hələ də aldıqlarını hamıya göstərib, paltarlarını min dəfə geyinib-soyunurlar? Nə bekar, ərinməz-yorunmaz işlər görürdük".
Dasqın Əliyev: Amerikan kinolarında sona 2 saniyə qalmış şunuru kəsmək var ha. Həyatımız elədi bax, qalıb son saniyəyə. Ya alınacaq, yada çilik-çilik olacağıq
Ayxan August: 2 aydı işə girdiyim və artıq bu ikincidir ki, iş yoldaşım toya çağırdı. Bilsəydim belə olacaq, 2 ay da gözləyib sonra başlayardım işə.
Ülviyyə Mübariz: Bəzi insanlar özlərini, yaxınlarını o qədər tərifləyirlər ki, ünsiyyət quranda "kaş ki üstlərində "reklamı keç" funksiyası olsa” deyə düşünür adam.
Pikəxanım Əhlimanova: Konturda yazılan şifrəni yüklədikdən sonra şifrələrin yerini dəyişib, bəlkə başqa kontur nömrəsi olar deyə heç sınamamısınızsa, yaşamamısınız.
Şəbnəm İsgəndərova: Bu təsdiqlənmiş bir şeydir ki, ata tərəf qohumları adamı istəmir.
İslam Qadirli: Su kimi insanlar var, düşdükləri qabın formasını alırlar. Hələ formasını alacaq qabı düzgün seçə bilirlərsə, sevirəm o insanları.
Sevinc Babayeva: Qızlar mən filan işi görə bilmirəm deyəndə elə bilirlər oldular müasir, cool. İş görə bilmirsənsə, deməli ya "tupoy”san, ya fərasətsiz.
Turan Xəlilov: Gərək qurban olduğum yaradanda, bu xəstəlikdən ölmək söhbətini yığışdırardı. Yaş limiti qoyardı, o yaşa çatanda hamıyla sağollaşıb ölərdik.
Elnur Mürşüd: "O gün olsun, sizin də başınız işə-gücə qarışsın”.
Şəbnəm
banner

Oxşar Xəbərlər