• cümə, 26 Aprel, 18:50
  • Baku Bakı 22°C

“Gənclər təşkilatlarında mühasibatlıq, maliyyə idarəetməsi və hesabatlılıq” mövzusunda konfrans keçirilib

10.02.19 16:17 569
“Gənclər təşkilatlarında mühasibatlıq, maliyyə idarəetməsi və hesabatlılıq” mövzusunda konfrans keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının rəhbər nümayəndələrinin və mühasiblərinin iştirakı ilə "Gənclər təşkilatlarında mühasibatlıq, maliyyə idarəetməsi və hesabatlılıq” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənc Mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTACFondun saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclər təşkilatlarının rəhbər və mühasiblərinin bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onların maliyyə savadlılığının artırılması və fəaliyyətlərinin daha sağlam, etibarlı, dayanıqlı və effektiv formalaşdırılmasıdır.
Konfransın birinci hissəsində Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin səlahiyyətli nümayəndələrinin ekspert qismində iştirakı ilə "Qeyri-hökumət təşkilatlarının sosial və vergi öhdəlikləri” və "Qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları” mövzularında panel sessiyası təşkil edilib.
Tədbirin ikinci hissəsində gənclər təşkilatlarının rəhbərləri və mühasiblərin iştirakı ilə praktiki təlim keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

banner

Oxşar Xəbərlər