AZE | RUS | ENG |

“Gənclər təşkilatlarında mühasibatlıq, maliyyə idarəetməsi və hesabatlılıq” mövzusunda konfrans keçirilib

“Gənclər təşkilatlarında mühasibatlıq, maliyyə idarəetməsi və hesabatlılıq” mövzusunda konfrans keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınan gənclər təşkilatlarının rəhbər nümayəndələrinin və mühasiblərinin iştirakı ilə "Gənclər təşkilatlarında mühasibatlıq, maliyyə idarəetməsi və hesabatlılıq” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənc Mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.
 
AZƏRTAC Fondun saytına istinadla xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclər təşkilatlarının rəhbər və mühasiblərinin bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qaldırılması, onların maliyyə savadlılığının artırılması və fəaliyyətlərinin daha sağlam, etibarlı, dayanıqlı və effektiv formalaşdırılmasıdır.
Konfransın birinci hissəsində Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin səlahiyyətli nümayəndələrinin ekspert qismində iştirakı ilə "Qeyri-hökumət təşkilatlarının sosial və vergi öhdəlikləri” və "Qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları” mövzularında panel sessiyası təşkil edilib.
 
Tədbirin ikinci hissəsində gənclər təşkilatlarının rəhbərləri və mühasiblərin iştirakı ilə praktiki təlim keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195