• cümə axşamı, 28 mart, 16:24
  • Baku Bakı 16°C

“Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar”

22.12.14 11:18 1001
“Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar” mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya üçün bir örnəkdir və bu, dünyada etiraf olunmaqdadır. Prezidentin iki il ərzində 5 dəfə gənclərlə görüşdüyünü xatırladan F. Hacıyev qeyd edib ki, məhz belə görüşlərin birində prezident İlham Əliyev Gənclər Fondunun yaradılmasının zəruriliyini bildirib. 2011-ci il dekabrın 19-da yaradılan Gənclər Fondunun ötən 3 il ərzində həyata keçirdiyi 6 qrant layihəsi barədə məlumat verən F. Hacıyevin sözlərinə görə, ilk qrant müsabiqəsindən bəri müraciətlərin sayı 6 dəfə artıb. Bu dövr ərzində 61 internet resursu (sayt, blok) yaradılıb, 1439 378 ədəd əyani vəsait çap edilib. Layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Gənclər Fondunun saytında 304 gənclər təşkilatı, 3842 fərdi gənc qeydiyyatdan keçib.
F. Hacıyev gələn il Gənclər Fondunun fəaliyyətini daha da genişləndirməyi planlaşdırdığını söyləyib. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək: “Gənclərin ən böyük himayədarı prezident İlham Əliyevdir. İki gün sonra dövlət başçısı ad gününü qeyd edəcək. Gənclər adından prezidenti təbrik etmək istəyirəm. Arzu edirəm ki, hər bir gənc prezidentimiz kimi vətənpərvər olsun”.
Gənclər Fondu Müşahidə Şurasının üzvləri olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək Gənclər Fondunun fəaliyyəti barədə danışıblar.
Daha sonra ötən dövr ərzində həyata keçirilən layihələrlə bağlı təqdimatlar olub. Tədbir çıxışlarla davam edib.
banner

Oxşar Xəbərlər