AZE | RUS | ENG |

Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçilib

Gənclər Təşkilatları Milli Şurasına yeni sədr seçilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayı keçirilib. 
 
APA-nın məlumatına görə, qurultay dövlət himninin oxunması və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
 
GTMŞ sədri Seymur Hüseynov qurumun 2016-2018-ci illər üzrə hesabatını təqdim edib. S. Hüseynov qurultayda GTMŞ sədrliyinə namizədliyini irəli   sürməyəcəyini nəzərə çatdıraraq sədrliyə namizədliyi irəli sürüləcək gənclərə uğurlar arzulayıb.
 
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev GTMŞ-nin son 2 ildə bir çox uğurlara imza atdığını bildirib: "GTMŞ Avropa və Asiyada özünü etibarlı tərəfdaş kimi tanıdıb. Milli Şura dövlət qurumlarının etibarlı tərəfdaşına çevrilib. GTMŞ bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak edib. Hər bir gənclər təşkilatlarını gənclərin problemlərini, mövqelərini toplamalı, GTMŞ-na təqdim etməli və bu məsələlər təhlil edilərək ümumiləşdirilməlidir. Gənclər Təşkilatları bu sahədə GTMŞ-yə öz töhfələrini verməlidirlər. GTMŞ sədri Seymur Hüseynova ötən 2 il ərzində fəaliyyətinə görə təşəkkür edirəm".
 
Gənclər və idman nazirinin müavini İntiqam Babayev və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb. Ü. Quliyev parlamentin payız sessiyasında gənclərlə bağlı qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
 
GTMŞ-nin fəaliyyətini təqdir edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov GTMŞ-nin yeni seçiləcək rəhbərliyinə uğurlar arzulayıb.
 
Daha sonra GTMŞ sədrliyinə namizədliyini irəli sürmüş Məryəm Məcidova çıxış edib. Qurultayda səsvermə nəticəsində M. Məcidova GTMŞ sədri seçilib. 
 
Qeyd edək ki, M. Məcidova GTMŞ baş katibi olub. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000