Gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşürlər
Çağırışçıların
həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra
hakimiyyət orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin
iştirakı gənc çağırışçılar arasında ruh yüksəkliyi ilə qarşılanır.
Tərtərdə keçirilən çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev sürətlə inkişaf edən ölkəmizin ordu quruculuğunda qazanılan uğurlarından, Azərbaycan əsgərinin mərdlik və şücaətindən söz açıb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və digər çıxış edənlər gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. Hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyiarzulayıblar.
Bakının
Xətai rayonunda çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində
çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)
Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev Azərbaycan Silahlı Qüvvələrinin
keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi xəttini layiqincə
davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.
Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, gəncləri hərbi xidmətə
yola salan ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə
veteranları vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində çağırışçılara
dəyanətli, əzmkar olmalarını, komandirlərin əmrlərini yerinə yetirmələrini
tövsiyə edib, hərbi xidməti şərəflə bitirmələrini diləyiblər.
Tərtərdə keçirilən çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev sürətlə inkişaf edən ölkəmizin ordu quruculuğunda qazanılan uğurlarından, Azərbaycan əsgərinin mərdlik və şücaətindən söz açıb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və digər çıxış edənlər gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. Hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyiarzulayıblar.
Hərbi
xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında
xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi
naminə hər an hazır olacaqlarını söyləyiblər.