• cümə axşamı, 25 aprel, 12:03
  • Baku Bakı 23°C

Gənclər gününə həsr olunmuş tədbir keçirilib - Fotolar

02.02.17 13:23 1407
Gənclər gününə həsr olunmuş tədbir keçirilib - Fotolar
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Milli Məclisin Gənclər və idman komitəsinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər gününə həsr olunmuştədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov 20 il bundan öncə keçirilmiş Azərbaycan gənclərinin I forumu barədə tədbir iştirakçılarına məlumat verib.
O bildirib ki, Azərbaycan gənclərinin I forumunda 2200 insan iştirak edib: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan prezidentiİlham Əliyevtərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncləri xüsusi dövlət qayğısı ilə əhatə olunub.Azərbaycanda 20 ildən çoxdur ki, uğurlu gənclər modeli formalaşıb, gənclərlə bağlı mükəmməl qanunvericilik toplusu hazırlanıb. Gənclər üçün bölgələrdə lazımi infrastruktur yaradılıb. Azərbaycanda gənclər təşkilatlarına mühüm yardımlar göstərilir”.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə deyib ki, Fondun fəaliyyət göstərdiyi 5 il ərzində təqdim olunan layihələrin 3341-i maliyyələşdirilib və uğurlu nəticələr əldə olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, 20 il ərzində Azərbaycanda yeni gənc nəsil formalaşıb: "2 fevral – Gənclər gününün mövcudluğu gənclər siyasətinin hər zaman prioritet olduğunu göstərən bir faktdır. Dövlət və gənclik arasında körpü modelini Azərbaycan dünyaya nümayiş etdirib. Düşünürəm ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclər təşkilatları öz töhfəsini verəcəklər”.
Tədbir çıxışlarla davam etdirilib.






banner

Oxşar Xəbərlər