AZE | RUS | ENG |

Xaricdə təhsilə dövlət dəstəyi bərpa olunur

Xaricdə təhsilə dövlət dəstəyi bərpa olunur
Gənclər Fondu “Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə müsabiqə” elan edib

Gənclər Fondu "Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə” elan edir.
Bu barədə Trend-ə fonddan məlumat verilib.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasəti ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsi, onların bilik və bacarıqlarının artırılması üçün imkanların genişləndirilməsini şərtləndirib. Ölkə başçısının 1 fevral tarixində gənclərlə görüşü zamanı da qeyd etdiyi kimi, "gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir” və Prezidentin təşəbbüskarı olduğu insan kapitalının inkişafı konsepsiyasının mahiyyətində də Azərbaycan vətəndaşlarının, gənclərinin hərtərəfli inkişafı dayanır.
Bu xüsusda, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi Fonda həvalə olunub.
Bununla əlaqədar, bu gündən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edir.

Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti (ali təhsil müəssisələrinin və ixtisasların siyahısı Fondun rəsmi internet səhifəsində dərc olunub) üzrə magistr pilləsinə qəbul olmuş gənclər (16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları) Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Həmçinin, ABŞ və Böyük Britaniyanın ilk ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.
Müraciətçilər prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, müraciətə baxış mərhələləri, Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər barədə ətraflı məlumatı Fondun www.youthfoundation.az rəsmi saytından əldə edə bilərlər.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973