• cümə axşamı, 28 mart, 15:25
  • Baku Bakı 16°C

Gənclər "Facebook"da...

25.09.17 10:30 3073
Gənclər "Facebook"da...
Dilqəm Əhməd:Dünyada zənginləri və kasıbları, məşhurları və adiləri, qocaları və gəncləri, dindarları və ateistləri birləşdirən yeganə səbəb - xərçəng.
Toğrul Bayramlı: Bizlər, qapı döyüləndə "kimdiiii?" sualına "məəən" cavabının SƏS analizini edib, həmin adamın kim olduğunu tapa bilən fitri istedada malik bir millətik. Pislərimizi deyəndə, hərdən yaxşılarımızı da deyək.Начало формы
Rəvanə Səmədova: İllər sonra insanlar "facebook”dakı statuslarını nümunə göstərərək deyəcəklər ki, "bu cür işlərim var, bu qədər xidmət etmişəm millətə"
Fidan Afər: Kaş, beynimizdə və qəlbimizdə möhtəşəm olan bütün insanlar, həyatda da elə olsunlar. Hətta, bizdən milyonlarca kilometr məsafə uzaqda olsalar belə.
Almaz Akif: Bir müəllimim var, statuslarda çox pozitivliyimi paylaşmamağımı demişdi. Enerjim azalar, neqativliyim artar deyə, deyirdi. Ancaq həmişə pozitiv olmaqdan və onu paylaşmaqdan gözəl nə var axı? Yolda, metroda, marketdə hamı bir-birinə gülümsəyir və heç kim bunu "padxod" kimi başa düşmür. Bu gün başlayın gülümsəməyə!
Aynur Aydın: Ömür boyu əskikləri tamamlamağa çalışmaq əldə olan tamamdan da əskik qoyur. Əldə nə var indi gecənin bu vaxtı? Ulduz dolu səma, sabah yoxdur, sabah anlayışı sıfırlanıb, oturub nəfəs alırsan. Sözlərlə şablon gələ biləcək dərəcədə beyin rahatlığımı anlatmağım, sabahı azad buraxa bilməyimdəndir. Gecələri sevəlim.
Nərmin Aqil:Universiteti bitir ki, imtahanlardan canın qurtarsın, get iş axtar, yenә imtahan ver. Özümü tanıyandan imtahanlardayam. Hә, yaxşı, yaxşı hәyat özü bir imtahandır.
Şəbnəm
banner

Oxşar Xəbərlər