• çərşənbə, 24 Aprel, 11:46
  • Baku Bakı 13°C

Gənclər Evində Smart Class təqdim olundu

29.04.14 14:18 1033
Gənclər Evində Smart Class təqdim olundu
Bu gün, aprelin 29-da Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evində “Ağıllı Sinif” (“Smart Class”) layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Koreyanın Azərbaycandakı Səfir müavini Çang Seoon Ça, Koreya “SK Telecom” şirkətinin vitse prezidenti Damian Yoonseuhe Kim, millət vəkilləri iştirak ediblər.
Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evinin direktoru Elşad Abdullayev layihənin fərqləndirici xüsusiyyətləri haqqında məlumat verdi. Onun sözlərinə görə, belə sinifdə dərs vəsaiti kimi Microsoft proqramlarından istifadə olunur, şagirdlərin interaktiv tədris prosesinə marağı artır, dərs zamanı müəllim və şagirdlərə yaradıcılıq imkanları təmin edən proqram həllləri təqdim olunur. Bu proqram həm də müəllimə sinfi, dərs prosesini, şagirdlərlə qarşılıqlı ünsiyyəti daha dəqiq və rahat idarə etmə imkanını verir.
Mərasimdə layihənin gedişatı, Gənclər Evində Ağıllı sinfin hazırlanması, otağın təmiri, zəruri avadanlıqların quraşdırılması haqqında videoçarxlar nümayiş etdirildi. Həmçinin, hazırda Cənubə Koreyanın “Sungshing” Universitetində qonaq olan azərbaycanlı tələbələrlə canlı bağlantı quruldu.
Smart class “Dünya Türk Gənclər Birliyi” İctimai Birliyi, Cənubi Koreyanın “SK Telecom” şirkəti və “Sungshing” Universitetinin birgə layihəsidir. Layihədən əvvəl Koreyadan mütəxəssislər Gənclər Evində qonaq olublar, buradakı şəraitlə tanış olunub. Layuhə çərçivəsində Gənclər Evinin böyük konfrans zalı əsaslı təmir edilib, “SK Telecom” şirkəti tərəfindən xüsusi qurğular yaradılıb. Bu zal tələbələrin istifadəsi üçün 25 ədəd “Asus” tipli planşetlərlə təchiz olunub. Bu planşetlər Microsoft əsaslı proqramlarla təmin olunub və əlavə klaviaturaya malik olması istənilən zaman bu planşetlərdən noutbook kimidə istifadə etməyə də şərait yaradır.
Bundan əlavə, layihə çərçivəsində Gənclər Evinə xüsusi tipli İKT qurğuları, noutbooklar və proyektor gətirilib. U-board qurğusu vasitəsi ilə, planşetlər, noutbook, proyektor və lövhə arasında interaktiv əlaqələr yaradılıb.
Qeyd olundu ki, Smart Class-dan həm də Gənclər Evinin digər “Distant Təlim: Paytaxtdan Regionlara” layihəsi zamanı da istifadə olunacaq. Bununla da həm paytaxtda, həm də regionlarda olan gənlərə tədris olunan dərslər daha rahat və aydın şəkildə çatdırılacaq, onlara özlərini inkişaf etdirməyə şərait yaradacaq.
Daha sonra elə toplantıda Smart Class-da ilk dərs keçirildi. Tədbirin sonunda gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Evində kompüter və rus dili kurslarının müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim etdi.
banner

Oxşar Xəbərlər