Gənclər əmək bazarına çıxış imkanları ilə bağlı məlumatlandırıldı
Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi
tərəfindən gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının
təmin olunmasına ictimai dəstək məqsədilə "Gənclərin əmək bazarına çıxış
imkanlarının artırılması” layihəsini həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə baş
tutub.
Layihə çərçivəsində ümumilikdə 320 yeniyetmə və
gənc üçün xüsusi təlim kursları təşkil edilib. Təlimlərdə
"Özünü kəşf et”,
"Fərdi İnkişaf”, "Hədəf müəyyənləşdirmək”, "Peşələri tanıma”, "Peşə seçiminə təsir edən amillər”, "Gələcəyin peşələri”, "Səmərəli işaxtarma
mexanizmləri”, "CV
necə yazılmalı”, "Müsahibə
zamanı nə etməli”, "Məşğulluqla
bağlı milli qanunvericilik bazası” və sair bu kimi mövzular müzakirə edilib.
Mərkəzin məlumatında qeyd olunur ki, bu istiqamətdə
işləri davam edir, gənclərin mövcud problemlərinin öyrənilməsi və həlli
istiqamətdə bir sıra bu kimi layihələr icra edilməkdədir.
Nigar