Gənclər arasında “İctimai müzakirəyə qoşulaq!” layihəsinə start verilib
Maarifləndirmə və gənclərlə
iş sahəsində bir sıra layihələrin gerçəkləşdirilməsin təcrübəsinə malik olan
"Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ictimai
iştirakçılıqla bağlı gənclərin maarifləndirməsinin gücləndirilməsinə və
Azərbaycan Respublikasının açıq hökumətin təşviqi sahəsində apardığı işə töhfə
vermək məqsədilə, Gənclər arasında "İctimai müzakirəyə qoşulaq!” adlı layihə
gerçəkləşdirir.Layihə İctimai Radioda həyata keçirilir. Açıq hökumətin təşviqinə dair
2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təbliği məqsədilə İctimai
Radioda canlı müzakirələr aparılır. Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət
Qurbanovun iştirakı ilə aparılan ilk radioverilişdə "İctimai müzakirə niyə görə lazımdır və bu
vətəndaşlara nə verir?” sualı ətrafında müzakirələr aparılıb.
Gənclərə Açıq hökumətin
təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın mahiyyəti və
onun qarşısına qoyduğu məqsədlər barədə hərtərəfli məlumat vermək məqsədilə
start götürən layihədə "Region+” jurnalının baş redaktoru Namiq Mailov da
sualları cavablandırıb. O, ölkədə Vətəndaş Cəmiyyəti institutlarının, o
cümlədən QHT-lərin Açıq hökumətin təşviqinə dair indiyədək göstərdikləri
fəaliyyətə bu prosesin təkmilləşdirilməsi mövcud mexanizmlərdən bəhs edib.
İctima televiziyanın İnformasiya departamentinin şərhçisi Hafiz Səfərovun
təqdimatında keçən müzakirələr hələ davam edir.