• cümə, 26 Aprel, 11:50
  • Baku Bakı 12°C

Gənclər arasında “İctimai müzakirəyə qoşulaq!” layihəsinə start verilib

13.12.16 14:27 624
Gənclər arasında “İctimai müzakirəyə qoşulaq!” layihəsinə start verilib
Maarifləndirmə və gənclərlə iş sahəsində bir sıra layihələrin gerçəkləşdirilməsin təcrübəsinə malik olan "Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ictimai iştirakçılıqla bağlı gənclərin maarifləndirməsinin gücləndirilməsinə və Azərbaycan Respublikasının açıq hökumətin təşviqi sahəsində apardığı işə töhfə vermək məqsədilə, Gənclər arasında "İctimai müzakirəyə qoşulaq!” adlı layihə gerçəkləşdirir.Layihə İctimai Radioda həyata keçirilir. Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təbliği məqsədilə İctimai Radioda canlı müzakirələr aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə aparılan ilk radioverilişdə "İctimai müzakirə niyə görə lazımdır və bu vətəndaşlara nə verir?” sualı ətrafında müzakirələr aparılıb.
Gənclərə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın mahiyyəti və onun qarşısına qoyduğu məqsədlər barədə hərtərəfli məlumat vermək məqsədilə start götürən layihədə "Region+” jurnalının baş redaktoru Namiq Mailov da sualları cavablandırıb. O, ölkədə Vətəndaş Cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin Açıq hökumətin təşviqinə dair indiyədək göstərdikləri fəaliyyətə bu prosesin təkmilləşdirilməsi mövcud mexanizmlərdən bəhs edib. İctima televiziyanın İnformasiya departamentinin şərhçisi Hafiz Səfərovun təqdimatında keçən müzakirələr hələ davam edir.
banner

Oxşar Xəbərlər