• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

“Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirilib

01.06.16 17:24 1056
“Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirilib
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Cəlilabad şəhərində "Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirib.Tədbirdə Cəlilabad rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Dürdanə Əliyeva gənclər arasında maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib. D. Əliyeva ölkədə sağlam mənəvi mühitin yaranmasına xidmət edən bu cür təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazır olduqlarını deyib.
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə diqqəti Azərbaycanın tolerant ölkə olduğuna çəkib. Birlik sədri qeyd edib ki, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri min illərdi öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirə bilirlər. Tanınmış jurnalist Azərbaycan mətbuatının nəinki dini və irqi ayrıseçkiliyi təbliğ etmədiyini, əksinə, bu cür mənfi hallara qarşı həmişə effektiv mübarizə apardığını vurğulayıb.
Cəlilabad rayonunun axundu Hacı Mahmud İslamın dostluq və sevgi dini olduğunu deyib. Axund tədbirdə iştirak edən gəncləri daim oxuyub-öyrənməyə və xeyirxah işlərlə məşğul olmağa çağırıb.
Cəlilabadda işıq üzü görən "Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı öz çıxışında Azərbaycanda maarifçilik hərəkatının tarixinə nəzər salıb. Müasir Azərbaycan mətbuatının zəngin ənənələr üzərində bərqərar olduğunu deyən baş redaktor dini maarifçilik işinin aparılmasında medianın rolunu yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər