• cümə, 29 Mart, 02:25
  • Baku Bakı 7°C

Gəncəyə və gəncəlilərə olan diqqətin növbəti təzahürü

17.05.19 12:00 892
Gəncəyə və gəncəlilərə olan diqqətin növbəti təzahürü
"Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində Gəncənin siması müqayisəyə gəlməz dərəcədə dəyişib. Qədim şəhər nəinki Azərbaycanın, bütövlükdə regionun müasir sənaye və turizm mərkəzinə çevrilib. Ölkə başçısının Gəncə ilə bağlı imzaladığı fərman və sərəncamlar, həyata keçirilən layihələr qədim şəhərin sosial-iqtisadi inkişafına hər zaman uğurlu təkan verib”.
Bu barədə millət vəkili Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin may ayının 16-da "Gəncə şəhəri ərazisində Gəncəçay çayı üzərində körpülərin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalaması, Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpasına 6,4 milyon manat ayrması ölkə başçısının Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısının növbəti təzahürüdür.
Deputat vurğulayıb ki, dahi Nizami yurdunda nəhəng işlərin görülməsi, qədim diyarın sürətli sosial-iqtisadi inkişafı, başdan-başa abadlaşdırılması məhz Azərbaycan Prezidentinin təsdiq etdiyi dövlət proqramlarından, imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələrin reallaşdırılması nəticəsində mümkün olub: "Çox qısa bir zaman ərzində Gəncədə yollar genişləndirilib, asfalt örtüyü yenilənib, müasir işıqlandırma sistemi quraşdırılaraq şəhərin görkəminə ecazkarlıq qatıb, dam örtükləri dəyişdirilən çoxmərtəbəli binalar yeni görkəminə qovuşub. Bu işlərin davamı olaraq ölkə başçısının xeyir-duası ilə qəzalı vəziyyətdə olan 5 körpünün bərpa edilməsini şəhər sakinləri böyük sevgi, rəğbətlə qarşılayıblar. Hər zaman ulu öndər Heydər Əliyevə sıx bağlılığı, dərin sədaqəti ilə seçilən qədim Gəncə sakinləri ümummilli liderin yolunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini bir daha ifadə edirlər. Qəzalı vəziyyətdə olan 5 körpünün bərpa edilməsi həm də əhalinin sosial probleminin həllinə, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasına və səhər sakinlərinin təhlükəsizliyinə xidmət edəcək”.
banner

Oxşar Xəbərlər