• çərşənbə, 24 Aprel, 01:26
  • Baku Bakı 14°C

Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb

17.02.19 10:55 607
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından Gəncənin "İmamzadə” dini kompleksində ehsan verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb. Ehsan süfrəsində Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrin üzvləri bir araya gəliblər.
Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ruhlarına dualar oxunub.
Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndərilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə "İmamzadə” dini kompleksini ziyarət ediblər.

banner

Oxşar Xəbərlər