• cümə, 26 Aprel, 20:38
  • Baku Bakı 22°C

Gəncəlilərin və şəhərin qonaqlarının sevimli istirahət məkanı - Fotolar

22.10.16 21:38 1293
Gəncəlilərin və şəhərin qonaqlarının sevimli istirahət məkanı - Fotolar
Gəncənin ərazisi 450 hektar olan Heydər Əliyev adına park kompleksi dünyanın beş ən böyük parkından biridir.

AZƏRTACxəbər verir ki, park kompleksi hələ 1979-cu ildə "Yeni Gəncə” yaşayış massivində salınan Heydər Əliyev parkının əsasında yaradılıb. O vaxtlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyevin 1980-ci ildə həmin parkda əkdiyi çinar ağacları indi də durur.

Ərazinin genişləndirilməsi və yenidən qurulması işlərindən sonra görkəmini dəyişən park kompleksi 2014-cü ildə yenidən öz qapılarını açıb. Parkın girişində qonaqları əzəmətli Zəfər tağı qarşılayır. Bu tikilinin eni 20 metr, uzunluğu 50 metr, hündürlüyü isə 38 metrdir. Tağın zirvəsinə xüsusi pilləkənlər və ya liftlə qalxmaq olar. Yuxarıda muzey, kafe və müşahidə meydançası var, buradan şəhərə və ətraf ərazilərə heyrətamiz mənzərə açılır.

Heydər Əliyev adına park kompleksi gəncəlilərin və qonaqların sevimli istirahət məkanlarından biridir.










banner

Oxşar Xəbərlər