• çərşənbə, 24 Aprel, 05:59
  • Baku Bakı 14°C

Gəncəlilər dini radikal qrupların şəhərdə törətdiyi iğtişaşı qətiyyətlə pisləyirlər

11.07.18 12:27 313
Gəncəlilər dini radikal qrupların şəhərdə törətdiyi iğtişaşı qətiyyətlə pisləyirlər
İyulun 10-da Gəncədə baş verən hadisələr şəhər ziyalılarını olduqca kədərləndirdi. Hadisələrin gedişi göstərdi ki, bu, hansısa naməlum qüvvələr tərəfindən dövlətçiliyimizə qarşı əvvəlcədən planlaşdırılmış məqsədyönlü cinayətdir.
Bu fikirləriAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tarix fakültəsinin dekanı professor Azad Bayramov deyib.
Professor vurğulayıb ki, bu gün Gəncə inkişaf edən, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı şəhərdir. Çox təəssüflər olsun ki, bu hadisələr bu cür şəhərdə baş verir. Bu cür hadisələr üçün Gəncənin seçilməsi təsadüfi deyil. Gəncə tarixən inqilab mərkəzi olub, amma bu şəhərin sakinləri həmişə yadelli işğalçılara qarşı mübarizə aparıblar. Bu şəhərdə heç vaxt vətəndaş qarşıdurması, qardaş qırğını olmayıb. Çox təəssüflər olsun ki, Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələrin əsas istəyi də özlərinin məkrli planlarını həyata keçirmək üçün ölkədə rəsmi şəxslərə və hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsd və terror törətməklə insanlar arasında qarışıqlıq, dövlətə qarşı inamsızlıq yaratmaq və qardaş qırğını törətmək idi. Bütün Gəncə sakinləri, o cümlədən ziyalılar əmindirlər ki, bu cür başıpozuq, radikal dini meyilli qüvvələrin qarşısı tezliklə alınacaq.
Doğrudur, iğtişaşlar başlayandan sonra 15-20 dəqiqə ərzində şəhərin əsas meydanı radikallardan təmizləndi, asayiş bərpa olundu. Biz bir daha bu cür hadisələri törədənləri, iki polis zabitinin qətlə yetirilməsi ilə nəticələnən qanlı iğtişaşı qətiyyətlə lənətləyirik.
banner

Oxşar Xəbərlər