• cümə, 29 Mart, 00:39
  • Baku Bakı 7°C

Gəncədəki Rus Pravoslav Kilsəsinin 130 illiyi qeyd edilib

12.09.17 19:22 1052
Gəncədəki Rus Pravoslav Kilsəsinin 130 illiyi qeyd edilib
Gəncədə şəhərində fəaliyyət göstərən Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsinin 130 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Gəncə Şəhər İcra HakimiyyətindənAPA-ya verilən məlumata görə, qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə gələn xristianlar dini ayinlərini yerinə yetiriblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev Azərbaycanın tolerant ölkə olduğunu qeyd edərək, təbriklərini çatdırıb.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Doroxin Dmitriyeviç kilsənin 130 illiyi münasibəti ilə təbriklərini çatdırıb, bu günün əlamətdar olduğunu deyib. Səfir yeni təmir olunmuş kilsəyə insanların dini ayinlərin yerinə yetirmək üçün bundan sonra da gələcəklərini bildirib.

Bakı və Azərbaycanın Baş Yepiskopu Aleksandr İşenin Aleksandr Nevski adına olan Rus Pravoslav Kilsəsi haqqında danışaraq, Gəncədə həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndiriblər. Kilsənin təmir olunmasına görə sevinc hissi keçirdiyini deyən Aleksandr İşenin Gəncə sakinlərini təbrik edib.

Qeyd edək ki, kilsə 1887-ci ildə inşa edilib və hazırda bölgədə yaşayan pravoslavlara xidmət edir.
banner

Oxşar Xəbərlər