AZE | RUS | ENG |

Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib

Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Gəncə hadisələrinin iştirakçısı 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat tədbiri zamanı o, silahlı müqavimət göstərdiyindən məhv edilib.
Trend-ə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, radikal dini cərəyanlara meylli Muraz Rəhimov 2012-ci ildə Bakı şəhərində keçirilmiş "Evrovision” mahnı müsabiqəsi öncəsində paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun yaşadığı mənzildən qumbara aşkar olunduğuna görə o məhkum edilib.
Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən qadağan olunmuş əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunub.
Muraz Rəhimov cəzaçəkmə müəssisəsində olarkən "Müsəlman Birliyi Hərəkatı”na qoşularaq daha aqressiv mövqe göstərməyə başlayıb.
Muraz Rəhimov 10 iyulda Gəncə şəhərində törədilmiş iğtişaşlarda iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlib, müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib.
Müəyyən edilib ki, Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916