• çərşənbə axşamı, 19 mart, 07:45
  • Baku Bakı 8°C

Gəncədə YAP fəalları ağacəkmə aksiyasını uğurla davam etdirirlər

23.04.18 13:45 478
Gəncədə YAP fəalları ağacəkmə aksiyasını uğurla davam etdirirlər
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar "Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində YAP Gəncə şəhər təşkilatı tərəfindən ağacəkmə aksiyası uğurla davam etdirilir.
Bütün ölkə üzrə davam edən aksiyada YAP Gəncə şəhər təşkilatının fəalları, ilk partiya təşkilat sədrləri və gənclər iştirak ediblər.
Aksiya üzvləri kampaniya çərçivəsində Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksinin ərazisində 2 min ədəd Eldar şamı ağacı əkiblər.
Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
banner

Oxşar Xəbərlər