Gəncədə

Gəncədə "VAZ" piyadanı vurub öldürdü

Kriminal
11 Dekabr 2019, 20:04 239
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Prospektdə yolu keçmək istəyən İsayeva Şəbnəm Əli qızını "VAZ 21 07” markalı avtomobil vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.