• cümə, 29 Mart, 15:02
  • Baku Bakı 14°C

Gəncədə uşaq şampun içib zəhərləndi

27.06.13 19:11 1486
Gəncədə uşaq şampun içib zəhərləndi
Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Nuray Məmmədova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlər 3 yaşlı uşağı xilas edə biliblər. Onun səhhətinin normallaşdığı bildirilir. N.Məmmədovanın atası bildirib ki, qızı saç yumaq üçün istifadə edilən şampunu içməli şirə hesab edərək başına çəkib və zəhərlənib.
banner

Oxşar Xəbərlər