• şənbə, 20 Aprel, 00:48
  • Baku Bakı 15°C

Gəncədə uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib

31.05.16 20:38 1020
Gəncədə uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib
Hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, 18 maydan başlayaraq bir ay müddətində ölkədə "İnsan Hüquqları aylığı" keçirilir.
Aylıq çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar mayın 31-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə əlilliyi olan uşaq və yeniyetmələrin valideynləri üçün seminar təşkil edilib.
Tədbirdə iştirakçılara gənclərin, qadınların, uşaqların, əlillərin, sahibkarların hüquqlarının qorunması sahəsində qanunvericilik, mövcud standartlar və beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə məlumat verilib.
Seminarda həmçinin, iştirakçılara İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
banner

Oxşar Xəbərlər