• cümə axşamı, 25 aprel, 18:26
  • Baku Bakı 21°C

Gəncədə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib - Fotolar

10.09.18 21:51 1125
Gəncədə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib - Fotolar
Gəncə müəllimlərinin 2017-2018-ci dərs ilinin yekunlarıvə yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmişənənəvi sentyabr konfransıkeçirilib. Konfransdanöncə təhsil işçiləri uluöndər Heydər Əliyevin abidəsini ziyarət edib,önünə gül dəstələri qoyublar.

KonfransAzərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 2017-2018-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Gəncəşəhər Təhsilİdarəsinin müdiri Zakir Hüseynov 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi iləçıxışedib.Çıxışda bildirilib ki, ötən tədris ilindəşagirdlərin sayı40 067 nəfər olub. Onların təlim-tərbiyəsi ilə 3 868 nəfər müəllim məşğul olub. Zakir Hüseynov qeyd edib ki,bu ildən etibarən hazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılır.Bu tədris ilində 2013-cü ildə anadan olmuş 3749 uşağın 75%-i, yəni 2812 nəfər 141 hazırlıq qrupuna qəbul ediləcəkdir.

Bu günədək Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 183 I sinfinə 4200 şagird qəbul olunub. Hal-hazırda I-ci siniflərə elektron qaydada qəbul davam etdirilir.

Bu il ali məktəblərə qəbul olanların sayı ötən ilə nisbətən daha yüksəkdir. Belə ki, ali məktəblərə qəbul olanların 264 nəfəri 500-dən yuxarı, 90 nəfəri 600-dən yuxarı və 1 nəfər 700 bal toplayıb.Dövlət İmtahan Mərkəzinin statistik məlumatına əsasən 2017/2018-ci tədris ilinin məzunlarından 1991 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onlardan 1048 nəfəri Respublikamızın ali məktəblərinə, daha dəqiq 54,4 %-i ali məktəblərə, 61 nəfəri isə xüsusi təyinatlı Ali Təhsil Müəssisələrinə qəbul olunublar. Bundan başqa 195 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə, ümumilikdə isə məzunların 64,18% ali və orta ixtisas məktəblərinə qəbul olunublar. 20-dən cox məzun xarici ölkələrin (İngiltərə, Polşa, Türkiyə, Rusiya, Sinqapur və Cənubi Koreya) ali məktəblərində təhsillərini davam etdirəcəklər.
Təhsil Nazirinin müavini Məhəbbət Vəliyevaçıxışedərək təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Onlaraçətin vəşərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlıfikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərəçatdırıb. Məhəbbət Vəliyevaölkəmizin təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən birinin keyfiyyətli təhsil və yüksək ixtisaslıkadr hazırlığının olduğunu bildirib. Müavin 2017-2018-ci dərs ilinin"Ümumi təhsildə keyfiyyət ili”elan edilməsinin bu vəzifənin uğurla həll olunmasında mühüm rol oynadığınıvurğulayıb.

Gəncəşəhərİcra Hakimiyyətinin başçısıNiyazi Byramov konfransdaçıxışedərək son illər təhsildə qazanılan uğurlarıdövlət qayğısının nəticəsi kimi dəyərləndirib. O bildirib ki, Gəncədəfəaliyyət göstərən məktəblərdən 34-ü tam təmirlidir.1076şagird yerlik 7 nömrəli tam orta məktəbin binasında isə əsaslıtəmir işləri davam etdirilir. Gəncədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışan Niyazi Bayramov kollektivəöz tövsiyyələrini verib və onlara yeni dərs ilində uğurlar arzulayıb.

Çıxışlardan sonra bu ilşəhərüzrə qəbul imtahanında700 bal toplayanİsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin məzunuSelcan Məmmədli və 695 bal toplayan 30№-li tam orta məktəbin məzunuAltun Balayevə notebook hədiyyə edilib.



banner

Oxşar Xəbərlər