• cümə, 19 Aprel, 03:02
  • Baku Bakı 18°C

Gəncədə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

27.12.16 11:15 712
Gəncədə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində işgüzar forum keçirib.
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan istixana təsərrüfatlarının, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, plastik qapı-pəncərə və sabun istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər