• cümə axşamı, 25 aprel, 13:46
  • Baku Bakı 23°C

Gəncədə sahibkarlar üçün treninq keçirilib

24.04.14 14:14 1292
Gəncədə sahibkarlar üçün treninq keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi (BBTM) sahibkarlar üçün treninqləri davam etdirir. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, növbəti maarifləndirmə tədbiri BBTM-in Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə keçirilib.
Sahibkarlıq fəaliyyətinə yeni başlayan qadınlar üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təşkil edilən treninqdə biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, treninqdə İSN tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və sair barədə məlumat verilib.
Tədbir çərçivəsində iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər