• cümə axşamı, 25 aprel, 02:06
  • Baku Bakı 19°C

Gəncədə regional konfrans keçirilib

15.07.16 19:47 1178
Gəncədə regional konfrans keçirilib
İyulun 15-də Gəncədə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi" mövzusunda regional konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin bir sıra media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq tədbirin Milli Mətbuat Günü ərəfəsində keçirildiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb, Ümummilli Liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. E.Vəliyev Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurların, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu olduğunu bildirib.
Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev dövlətin, xüsusilə Prezident İlham Əliyevin medianın inkişafına, jurnalistlərə diqqət və qayğısından söhbət açıb.
Şöbə müdirinin müavini bildirib ki, Azərbaycanda azad medianın yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məhz Ümummilli Lider yenidən hakimiyyətə qayıtdıqdan sonra kütləvi informasiya vasitələrinin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb, senzura ləğv edilib, demokratik qanunvericilik bazası formalaşıb. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də medianın inkişafına böyük diqqət göstərir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli müsabiqənin nəticələri haqqında məlumat verib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərin çoxluğu nəzərə alınaraq 6 əsas, 16 həvəsləndirici mükafat təsis edilib.
Sonra Vüqar Səfərli media və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyə KİVDF-nin diplomunu təqdim edib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransdakı çıxışında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, hər bir xalqın inkişafında mətbuatın mühüm rolu var. Azərbaycan xalqının inkişafında da "Əkinçi” qəzeti mühüm rol oynayıb. Bir neçə gündən sonra ölkəmizdə bu qəzetin yarandığı gün – Milli Mətbuat Günü qeyd ediləcək.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Daha sonra "Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqənin qaliblərinə mükafatları təqdim edilib.
banner

Oxşar Xəbərlər