• cümə, 26 Aprel, 17:41
  • Baku Bakı 23°C

Gəncədə qanunsuz aksiyanın qarşısı alınıb, iğtişaşçıların iki polisə xəsarət yetirdiyi bildirilir

10.07.18 22:17 633
Gəncədə qanunsuz aksiyanın qarşısı alınıb, iğtişaşçıların iki polisə xəsarət yetirdiyi bildirilir
Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.

APA-nın yerli bürosunun xəbərinə görə, sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsindəaksiyanın qarşısıalınıb.
Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.
Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşınaxəsarət yetirdikləri bildirilir.
Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.
banner

Oxşar Xəbərlər