AZE | RUS | ENG |

Gəncədə qanunsuz aksiyanın qarşısı alınıb, iğtişaşçıların iki polisə xəsarət yetirdiyi bildirilir

Gəncədə qanunsuz aksiyanın qarşısı alınıb, iğtişaşçıların iki polisə xəsarət yetirdiyi bildirilir
Bu gün axşam saatlarında Gəncə şəhərində bir qrup şəxs qanunsuz aksiya keçirməyə cəhd edib.
 
APA-nın yerli bürosunun xəbərinə görə,  sayı 200 nəfərə yaxın olan dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qanunsuz aksiya keçirməyə cəhd edib. Lakin polisin həyata keçirdiyi tədbirlər nəticəsində  aksiyanın qarşısı alınıb.

Məlumata görə, 30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb.

Hadisə zamanı iğtişaşçıların iki polis əməkdaşına xəsarət yetirdikləri bildirilir. 

Hazırda Gəncədə tam sabitlikdir, hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217