Gəncədə qadın övladı ilə birlikdə yoxa çıxdı

Gəncədə qadın övladı ilə birlikdə yoxa çıxdı

Kriminal
19 Aprel 2013, 17:15 903
Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Ə.Rüstəmov polisə müraciət edərək bildirib ki, bu ilin mart ayının 31-də həyat yoldaşı 1990-cı il təvəllüdlü R.Xasməmmədova 2012-ci il təvəllüdlü oğlu ilə birlikdə sənədlərini götürərək evdən çıxıb bir daha geri qayıtmayıb.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.