• şənbə, 20 Aprel, 13:29
  • Baku Bakı 23°C

Gəncədə mərmi aşkarlanıb

24.02.18 18:30 599
Gəncədə mərmi aşkarlanıb
Fevralın 24-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi AgentliyinəFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu, Qaraqoyunlu küçəsi döngə 1 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan APA-ya verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib və 1 ədəd 115 mm-lik top mərmisi (OF-27) aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib və əlavə təhlükəli əşya, qurğu aşkar edilməyib.
banner

Oxşar Xəbərlər