• şənbə, 20 Aprel, 16:43
  • Baku Bakı 23°C

Gəncədə konsert proqramı təşkil olunub - Fotolar

09.03.18 15:30 797
Gəncədə konsert proqramı təşkil olunub - Fotolar
"8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti iləvə"Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının çərçivəsindəF.Əmirov adına GəncəDövlət Filarmoniyasında bayram tədbiri HeydərƏliyev Fondu, Mədəniyyət vəTurizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı vəAzərbaycan Milli Konservatoriyasının təşkilatçılığı iləkeçirilib.

Tədbirdə"Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının iştirakçıları vəbu münasibətləölkəmizəgələn Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail vədigər dövlətlərdən olan nümayəndələr iştirak ediblər.

Gəncəşəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 8 mart " Beynəlxalq Qadınlar Günü” münasibətiləbütün xanımları təbrik edib. Qadınlara can sağlığı vəfəaliyyətlərindəuğurlar arzulayıb. Bildirilib ki, ümummilli lider HeydərƏliyev hər zaman qadınlarınəməyini yüksək qiymətləndirib. Bu siyasət bu gün Prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin keşiyindəşərəflədayanan qadınlarımız həmişəAzərbaycanın müstəqilliyi, güclü vəqüdrətli dövlətəçevrilməsi yolunda fədəkarcasına çalışırlar. Vurğulayıb ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərəmalik musiqisinin,ədəbiyyatının vəmədəniyyətinin təbliğindəBirinci vitse-prezident, HeydərƏliyev Fondunun prezidenti MehribanƏliyevanın fəaliyyəti örnək kimi qəbul edilir. Fəaliyyəti iləmüasir Azərbaycan qadınının obrazını yaradan, UNESCO-nun vəISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı MehribanƏliyevanın gördüyüişlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.

Çıxışlardan sonra Gəncəşəhərinin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman vəqiymətli hədiyyələr təqdim olunub. Tədbir FikrətƏmirov adına GəncəDövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilədavam edib. KonsertdəAzərbaycan bəstəkarları Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev,Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oktay Kazımi, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Vaqif Gərəyzadəkimi görkəmli bəstəkarlarınəsərləri, eləcədəxalq mahnıları vətəsniflər səsləndirilib.

FikrətƏmirov adına GəncəDövlət Filarmoniyasının Xalq Çalğı Orkestri, Göygöl mahnı vərəqs ansambılı və"Xəmsə” ansamblı tərəfindən səsləndirilən musiqiəsərlərini Xalq Artistləri Samir Cəfərov vəŞahnaz Haşımova,Əməkdar artist MehparəCəfərova, eləcədəbir çox müsabiqələrin qalibləri olmuş müğənnilər ifa ediblər.

Qeyd edək ki,Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının çərçivəsində8-9 mart tarixlərindəGəncəşəhərindəsimpozium keçirilir. İştirakçılar həmçinin Gəncəşəhərinin gəzməli-görməli yerləri ilətanış olub, xoş təssüratlarını bildiriblər.



banner

Oxşar Xəbərlər