• şənbə, 20 Aprel, 14:33
  • Baku Bakı 23°C

Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

11.04.17 09:15 914
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Əbülulla Gəncəvi küçəsində qeydə alınıb. "VAZ 2107” və "QAZ 24” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan 1987-ci il təvəllüdlü Ələsgərov Ruslan Sənan oğlu və "QAZ 24”-də olan 3 qadın, 1988-ci il təvəllüdlü Məmmədova Aynur Qərib qızı, 1966-cı il təvəllüdlü Məmmədova Gülnara Rəşid qızı, 1974-cü il təvəllüdlü Məhərrəmov Məhəbbət Rəşid qızı müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər