• cümə axşamı, 28 mart, 15:17
  • Baku Bakı 16°C

Gəncədə iki avtomobil toqquşdu, bir yaralı

27.09.13 15:00 1105
Gəncədə iki avtomobil toqquşdu, bir yaralı
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, günorta saatlarında Gəncədə Mirzə Abbas Abbaszadə və İsmət Qayıbov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gəncə şəhər sakini 30 yaşlı Gündüz Yusubova məxsus “Mercedes” markalı avotmobil Göygöl rayon sakini 27 yaşlı Elşad İbrahimova məxsus “VAZ 2106” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ 2106” yayarsız hala düşüb. Sürücüsü isə aldığı bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə gətirilib, vəziyyəti kafidir. Bildirək ki, hadisənin “Mercedes” markalı avtomobilin yüksək sürət və işıqforun tələblərinə riayət etməməsi səbəbindən baş verdiyi ehtimal olunur, faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər