• çərşənbə, 24 Aprel, 11:50
  • Baku Bakı 13°C

Gəncədə iaşə obyekti yanıb

16.02.17 11:10 1198
Gəncədə iaşə obyekti yanıb
Bu gecə Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 210 m2olan, bir mərtəbəli, bir dam altında inşa olunmuş, müxtəlif təyinatlı (taxta sexi, yaşayış evi, gözəllik salonu, inşaat malları mağazası) tikilidə, vətəndaşlara məxsus ümumi sahəsi 35 m2olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan 2 m3taxta, 6 ədəd dəzgahın elektrik naqilləri və ümumi sahəsi 50 m2olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m2sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub. Yanğın saat 04:09-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər