• şənbə, 20 Aprel, 15:21
  • Baku Bakı 23°C

Gəncədə gənclər daimi işlə təmin olunublar

25.04.18 15:40 801
Gəncədə gənclər daimi işlə təmin olunublar
Gəncə şəhərində sakinlərin problemlərinin yerində həlli məqsədilə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən mütəmadi vətəndaş qəbulları keçirilir.
Əsasən gənclərin iştirak etdiyi vətəndaş qəbulunda onların təklif, müraciətləri icra başçısı Elmar Vəliyev tərəfindən dinlənilib.Elmar Vəliyev ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin artırılmasının dövlət məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğunu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyini vurğulayıb. Bildirib ki, ölkədə olduğu kimi Gəncə şəhərində də gənclər infrastrukturu genişlənir, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir.
Qəbulda dinlənilən müraciətlərin çoxu məşğulluqla bağlı olduğu üçün yerindəcə öz həllini tapıb. 20 gəncdən 4 nəfəri şəhər İcra Hakimiyyətində, digərləri isə şəhərin idarə,müəssisə və təşkilatlarında daimi işlə təmin olunublar.
Qəbuldan razılıqla gedən gənclər onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
banner

Oxşar Xəbərlər