• cümə axşamı, 18 aprel, 17:19
  • Baku Bakı 22°C

Gəncədə Dövlət Müstəqilliyi Gününü qeyd edilib

18.10.18 15:47 358
Gəncədə Dövlət Müstəqilliyi Gününü qeyd edilib
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında bayram tədbiri keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Tural Verdiyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Bildirib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış müstəqillik gününün bəhrələridir. "Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.
YAP Gəncə şəhər təşkilatının İdeologiya şöbəsinin müdiri Hüseyn Budaqov Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən parlaq qələbə idi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırladan Hüseyn Budaqov vurğulayıb ki, müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu.
ADAU-nun ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov, GDU-nun ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov, YAP Gəncə şəhər Təşkilatının Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədri Kifayət Fəttahi və başqaları çıxış edərək, xalqımızın ən böyük nailiyyətlərindən biri olan dövlət müstəqilliyinin əldə edilməsinin, əbədiliyi və dönməzliyinin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu qeyd edib, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikasının möhkəm əsaslar üzərində yeni inkişaf xətti tutduğunu söyləyiblər. Qeyd edilib ki, son on beş ildə Azərbaycan misli görünməmiş inkişafa nail olub, Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib. Azərbaycan dünyada nüfuzlu dövlətə çevrilib.
Tədbirdə Xalq artisti Məmmədəli Balayevin söylədiyi "Yaşa, cənab Prezident!” şeiri gurultulu alqışlarla qarşılanıb.
banner

Oxşar Xəbərlər