• çərşənbə axşamı, 23 aprel, 23:40
  • Baku Bakı 20°C

Gəncədə Dövlət Bayrağı Günü coşqu ilə qeyd olunub - Video

08.11.19 15:15 1216
Gəncədə Dövlət Bayrağı Günü coşqu ilə qeyd olunub - Video
Bayrağımız tədbir iştirakçılarının əllərində şərəflə dalğalanıb
Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Dövlət Bayraq Günü münasibəti ilə təntənəli tədbir təşkil edilib.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, millət vəkili Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və gənclərin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdən əvvəl iştirakçıların üzlərinə boyalarla üçrəngli bayrağımızın şəkli çəkilib, hər kəsə bayraq paylanıb. Tarixin özü qədər qədim olan bir ölkənin müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız tədbir iştirakçılarının əllərində daha möhtəşəm, daha şərəflə dalğalanıb.
Millət vəkili Naqif Həmzəyev ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibətinin hər bir vətəndaş üçün nümunədir –deyə millət vəkili Pərvin Kərimzadə bildirib.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.
Tədbirdə Prezident İlham Əliyevin qüdrətli siyasəti sayəsində torpaqlarımızın tezliklə işğaldan azad edəcəyinə, Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanacağına əminlik ifadə olunub.
Bayram tədbirinin bədii hissəsi milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən müsabiqələr, həmçinin musiqili proqramla davam edib.
banner

Oxşar Xəbərlər