• cümə, 26 Aprel, 11:15
  • Baku Bakı 12°C

Gəncədə bayraq festivalı keçirilib - Fotolar

09.11.16 21:11 949
Gəncədə bayraq festivalı keçirilib - Fotolar
Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə üçüncü bayraq festivalı keçirilib.

AZƏRTACxəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bayraq Meydanında təşkil olunan tədbir ulu öndər Heydər Əliyevin Azərbaycan bayrağı haqqında müdrik fikirlərinin nümayişi ilə başlayıb.

Festivalda dövlət himni səsləndirildikdən sonra bayraq haqqında videoçarx göstərilib. Sonra dövlət rəqs ansamblı qrupunun ifasında milli rəqslərimiz ifa olunub.

Tədbirdə Prezident İlham Əliyevin dövlət bayrağı ilə bağlı fikirləri iştirakçıların diqqətinə çatdırılıb. Sonra gənc müğənni Xəyyam Mustafazadə Müslim Maqomayevin "Ey əziz anam, Azərbaycan” mahnısını ifa edib. Musiqi sədaları altında hərbçilər tərəfindən göstərilən tamaşa iştirakçıların böyük marağına səbəb olub.

Festival maraqlı konsert proqramı ilə başa çatıb.










banner

Oxşar Xəbərlər