AZE | RUS | ENG |

Gəncədə azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib

Gəncədə azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib
Gəncədə azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib.

Gəncə Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin "102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilib, hadisənin şahidlərinin izahatları alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299