• cümə axşamı, 28 mart, 19:43
  • Baku Bakı 13°C

Gəncədə açıq səma altında arxeologiya muzeyi yaradılacaq

03.01.18 15:30 777
Gəncədə açıq səma altında arxeologiya muzeyi yaradılacaq
Gəncənin tarixini araşdıran alimlərin Heydər Əliyev Park Kompleksindəki ərazidə aşkarladığı və yaşı təxminən 3300 il olan, Son Tunc dövrünə aid kurqanların üzərində açıq səma altında arxeologiya muzeyi yaradılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev məlumat verib.
Fuad Əliyev bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə ilk dəfə 2015-ci ildə yerüstü araşdırmalar aparmaq üçün əraziyə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun alimlərindən ibarət böyük bir qrup cəlb olunub. İlkin tədqiqatlar nəticəsində şəhər ərazisində 62 kurqan qeydə alınıb. Həmin kurqanlardan dördü ötən il Arxeologiya və Etnoqrafiya İnstitutunun qərarı ilə elmi tədqiqata cəlb edilib. İlk olaraq 1 nömrəli kurqanda arxeoloji qazıntı işlərinə başlanılıb. Aparılan tədqiqat işləri zamanı kurqanlardan insan skleti və çoxlu sayda maddi-mədəniyyət nümunələri aşkarlanıb.
Hazırda arxeoloq alimlərdən ibarət ekspedisiya qrupu üzvlərinin Gəncə şəhər Heydər Əliyev Park Kompleksindəki ərazidə arxeoloji qazıntı işlərini davam etdirdiyini deyən Fuad Əliyev bildirib ki, tədqiqatlar bitdikdən sonra həmin yerdə açıq səma altında arxeologiya muzeyinin yaradılması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər