• cümə, 19 Aprel, 09:40
  • Baku Bakı 13°C

Gəncədə 3 bələdiyyəyə 43 üzv seçiləcək

07.11.14 12:38 1387
Gəncədə 3 bələdiyyəyə 43 üzv seçiləcək
Ötən ayın sonlarında Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə bələdiyyə seşkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar YAP Gəncə şəhər Təşkilatında yüksək səviyyədə, məsuliyyətlə yerinə yetirilir.
Təşkilatdan “Kaspi”yə bildirilib ki, YAP Gəncə şəhər Təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı 21 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Partiyanın Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq, bu istiqamətdə tərtib olunan plan üzrə fəaliyyət davam etdirilir. Qərargah üzvləri ilə birgə mütəmadi iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur.
Qeyd edək ki, Gəncə şəhər partiya Təşkilatı hazırda 247 ərazi ilk partiya təşkilatını və 32 minə yaxın üzvü birləşdirir. Onlardan 18306 nəfəri gənclər, 20064 nəfəri isə qadınlardır. Gəncədəki 4 Dairə Seçki Komissiyasının 107 seçki məntəqəsində 144770 nəfərdən çox seçici 3 bələdiyyəyə 43 üzvün seçilməsində iştirak edəcək. Seçkilər üzrə böyük təcrübə qazanmış YAP fəalları kampaniya dövründə dairə və məntəqələrdə təmsil olunurlar. Müşahidəçi funksiyasını yerinə yetirən fəallar, təşkilatın minlərlə üzvü seçki proseslərində çox böyük işgüzarlıq, təşkilatçılıq, dövlətçiliyə sədaqət nümayiş etdirirlər. Şəhər Partiya Təşkilatı bələdiyyə seçkilərində seçki dairələri və məntəqələr üzrə 539 nəfər müşahidəçi, 111 nəfər məşvərətçi olmaqla, ümumilikdə 650 nəfər partiya fəalını seçki proseslərini izləmək üçün səfərbər edəcək.
Təşkilatdan verilən məlumata görə, bələdiyyə üzvlüyünə 43 nəfər partiya fəalının namizədliyi irəli sürülüb. Onlardan 40%-dən çoxunu gənclər və qadınlar təşkil edir. Təbliğat kampaniyasına rəsmən start verildikdən sonra zəruri olan bütün təbliğat-təşviqat işləri həyata keçiriləcək. Artıq namizədlərin sənədləri hazırlanaraq, müvafiq seçki komissiyalarına təqdim olunub və komissiyalardan imza vərəqələri götürülüb, imzatoplama kampaniyasına start verilib. İmzatoplama kampaniyasına kömək məqsədi ilə 85 nəfər partiyanın üzvü olan fəal gənc prosesə cəlb edilib. Seçkilərlə əlaqədar Gəncə şəhər partiya təşkilatı bütün gücünü səfərbər edib və bu seçkilərdə yüksək mütəşəkkillik, operativlik, təşkilatçılıq, ən başlıcası xalqımızın maraqlarına, Vətənimizin inkişafına şərəfli xidmət milyonların partiyası olan YAP-ın qələbəsinə təminat yaradacaq.
Kaspi.az

banner

Oxşar Xəbərlər