• cümə, 19 Aprel, 07:34
  • Baku Bakı 13°C

Gəncədə 2 PHS tapılıb

15.10.17 19:15 2451
Gəncədə 2 PHS tapılıb
Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Gəncə şəhəri, Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.
Agentlikdən Trend-ə verilən məlumata görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir.
Agentliyin mütəxəssisləri tərəfindən Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən 2 saylı təcridxananın qarşısında ″Aqrar tikinti″ şirkəti tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 2 ədəd 152 mm-lik top mərmisi götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.
banner

Oxşar Xəbərlər