AZE | RUS | ENG |

Gəncədə 16 yaşlı qızın bıçaqlanması ilə bağlı cinayət işi başlandı

Gəncədə 16 yaşlı qızın bıçaqlanması ilə bağlı cinayət işi başlandı
Gəncədə 16 yaşlı qızın bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, fevralın 4-də Gəncədə 2003-cü il təvəllüdlü N.İsmayılovanın bıçaqlanması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, fevralın 4-də gecə saatlarında Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü N.İsmayılova qaraciyərinin və qarın boşluğunun kəsilmiş, deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.
O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N.İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966