AZE | RUS | ENG |

"Gəncə təxribatlarının arxasında Azərbaycanın düşmənləri dayanır" - Mövqe

"Gəncədə bir-birinin ardınca törədilən qanlı hadisələrə kəskin şəkildə etirazımı bildirirəm. Bu hadisələri təşkil edənlər və həyata keçirənlər Azərbaycan dövlətinin düşmənləridir". Bu fikirləri SİA-ya açıqlamasında "XXI Əsrin Qadınları " İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova deyib.
M.Əmirhüseynova bildirib ki, hadisələr təsadüfən baş vermədiyi kimi, onu törədənlərin kimliyi də maraqlıdır: "Azərbaycan sürətlə inkişaf edir, dövlətimizin regionda lider ölkəyə çevrilib, o cümlədən Avrasiya məkanındakı proseslərə təsir etmək imkanlarımızın genişlənməsi ilə düşmənlərimiz daha da fəallaşır. Təəssüf ki, düşmən yenə içimizdəki beşinci kolondan, cahil, savadsız, dini radikalizmə yuvarlanmış manqurtların xidmətindən məharətlə bəhrələnir. Gəncə şəhərində baş verən hadisələr, yüksək rütbəli iki polis zabitinin şəhid olması Azərbaycan dövlətçiliyinə qarşı törədilmiş böyük təxribatdır. Bu hadisələrin günahkarları ən ağır formada cəzalandırılmalıdır”.
QHT rəhbəri qeyd edib ki, Gəncə və gəncəlilər daima Azərbaycan dövlətçiliyinin yanında olub: "Mən inanmıram ki, qətl hadisəsini törədənlərin əsli-kökü gəncəli olsun. Onlar belə xəyanətə yol verməzlər. İcra başçısına qarşı sui-qəsddən sonra bir qrup dini radikal şəxsin şəhərdə vəziyyəti qarışdırmaq, ümumilikdə isə Azərbaycanı xaosa sürükləmək cəhdləri başqa şəxslərin əli ilə törədilmiş olmalıdır. İnanırıq ki, dövlətimizin gücü, gəncəlilərin təxribatlara qarşı ayıq-sayıqlığı, bütövlükdə isə xalqımızın həmrəyliyi ilə Gəncədə hər şey normal axarına düşəcək”.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9340
GEL 1 1 Gürcüstan larisi 0.6361
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7094
KWD 1 1 Küveyt dinarı 5.5912
TRY 1 1 Türkiyə lirəsi 0.3157