AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gəncə, Tərtər, Beyləqana ölümcül zərbələr barədə xəbərlər məni dəhşətə gətirib - Baronessa Nikolson

Gəncə, Tərtər, Beyləqana ölümcül zərbələr barədə xəbərlər məni dəhşətə gətirib - Baronessa Nikolson

Cəmiyyət
20 Oktyabr 2020, 13:51 337
Mən Azərbaycanda tez-tez olan bir qonaq kimi Gəncə, Tərtər, Beyləqan və digər şəhərlərə ölümcül zərbələr barədə xəbərlərdən dəhşətə gəldim.
 
Bunu Trend-ə Böyük Britaniya baş nazirinin Azərbaycandakı ticarət elçisi baronessa Emma Nikolson deyib.
O, zərbələr nəticəsində ölən və yaralananlar, eləcə də evləri dağılan insanlara görə dərin təəssüf hissi keçirdiyini deyib:

"Mən Tərtərdə açılmış uşaq tədris mərkəzinin işçilərinin təxliyə olunmalı olduğunu eşidəndə sarsıntı keçirdim. İmkan yaranan kimi, Böyük Britaniya münaqişədən əziyyət çəkən uşaqlara köməyini bərpa edəcək”.