• cümə, 19 Aprel, 04:23
  • Baku Bakı 18°C

Gəncə-Şəmkir yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub

31.07.18 11:30 446
Gəncə-Şəmkir yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub
Gəncə-Şəmkir yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.
DİN Mətbuat Xidmətinin Qərb regional qrupundan APA-ya verilən məlumata görə, Göygöl rayon Quşqara kəndində Şəmkir rayon Çinarlı kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Elşən Zakir oğlunun idarə etdiyi "VAZ 21011” markalı avtomobillə Gədəbəy rayonu Rüstəm Əliyev kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Günel Osman qızının idarə etdiyi "Mercedes 190” markalı avtomobil toqquşub. Nəticədə "VAZ 21011”-in sürücüsünün həyat yoldaşı, Şəmkir rayonu Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb, onun ərinin sol ayağı qırılıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər